Ağstafada yol qəzalarında 3 nəfər xəsarət alıb


Ağstafa rayonunda ard-arda baş verən iki avtomobil qəzasında üç nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisələrdən biri Poylu kəndində qeydə alınıb. Kənd ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı E.Qurbanov xəsarət alıb və o, xəstəxanaya aparılıb.

Digər hadisə isə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılması nəticəsində 1998-ci il təvəllüdlü V.Bayramov və onun həmyaşıdı, N.Nəcəfov xəsarət alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktlarla bağlı araşdırmalara başlanılıb.

08.06.2022 01:05
318