Ağstafada yeniyetmə dəm qazından zəhərlənib

Ağstafada zəhərlənmə hadisəsi baş verib.

Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Kənd sakini 2009-cu il təvəllüdlü S.Hacıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, S.Hacıyeva dəm qazından yaşadığı evin hamamında zəhərlənib.

28.12.2024 02:27
325