Ağstafada qəza - xəsarət alanlar var

Ağstafa rayonunun Saloğlu qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Musavat.com report-a istinadən xəbər verir ki, avtomobilin maneəyə çırpılması nəticəsində 2000-ci il təvəllüdlü N.Əliyev və 2008-ci il təvəllüdlü S.Rahimov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

02.01.2025 23:16
461