Ağstafada qatar qadını vuraraq öldürüb

Ağstafa rayonunda qatar yerli sakini vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Vurğun qəsəbəsində qeydə alınıb.

Qatar şəxsiyyəti hələ məlum olmayan qadını vuraraq öldürüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

18.07.2022 08:37
346