Ağstafada piyadanı maşın vururaq öldürüb

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Köçvəli kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüldü Qiyas Məmmədovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı aradırma aparılır.

21.12.2023 09:26
357