Ağstafada baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub.
Hadisə rayonun Qırılı kəndində baş verib.
Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov pilləkəni hasara söykəyərək üzüm yığırmış. Bu zaman hasar aşıb, Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar.
Mərhum F. İsmayılovun qardaşı Mehman İsmayılov bildirib ki, səhər saatlarında üzümü yoldaşının işə aparması üçün yığırmışlar:
"Hasarın hər iki tərəfinə nərdivan söykəyiblər. Qopan daş əvvəlcə qadının üzərinə düşüb. Yoldaşı daşı tutmaq istəyərkən ayağı ilişərək yıxılıb və hasar hər iki tərəfdən üstlərinə aşıb".
Bədbəxt hadisədən 20-25 gün əvvəl isə nəvələri vəfat edibmiş.
Ətraflı Baku TV-nin süjetində: