Ağstafada intihar hadisəsi baş verib.
Musavat.com APA-a istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb.
2011-ci il təvəllüdlü Cəfərov Səid Qafur oğlu yaşadığı evdə özünü iplə asıb. Azyaşlının meyti yaxınları tərəfindən asılmış vəziyyətdə aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.