Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovadan xəbər var.
Musavat.com xəbər verir ki, jurnalistin həyat yoldaşı Olay.az-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:
“Səhhəti belə də. Qabırğaları qırılıb”.
11:02***
Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.
Bu barədə Musavat.com-a TƏBİB-in mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, əlavə məlumat veriləcək.