Ağdərədə atəş səsləri eşidildi - Rusiya MN

Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingenti Ağdərə bölgəsində atəşkəs rejiminin bir dəfə pozulması faktının qeydə alındığı barədə məlumat açıqlayıb.

Musavat.com bildirir ki, insident 22 may 2023-cü il, saat 21:30 radələrində baş verib.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin bugünkü bülletenində qeyd edib ki, itki yoxdur.
Xəbərdə deyilir ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan (?-M.) tərəfləri ilə birlikdə faktla bağlı araşdırma aparır.

Bu dəfə də atəşkəs rejimini kimin pozduğu barədə təfərrüatlar açıqlanmayıb.

 

Musavat.com

22.05.2023 23:30
574