Ağdaşda qadın əməliyyatdan sonra ÖLDÜ

Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb.

Hadisə Ağdaş rayon mərkəzi xəstəxanasında baş verib.

Rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.//APA

21.02.2024 14:56
655