Ağdaşda cərəyan vuran "Azərişıq" əməkdaşlarından ikincisi də ölüb

On gün əvvəl Ağdaşda elektrik cərəyanı vurması nəticəsində ağır xəsarət alan "Azərişıq" əməkdaşı vəfat edib.

APA xəbər ki, 1986-cı il təvəllüdlü Elşən Mustafayev bu gün xəstəxanada dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, təmir işləri aparan zaman elektrik cərəyanı vuran digər "Azərişıq" əməkdaşı 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyev hadisə yerində ölüb.

26.12.2022 00:34
936