Ağdaşda 20 yaşlı oğlan 77 yaşlı qadını ÖLDÜRDÜ

Ağdaşda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə şəhərin F.Məmmədzadə küçəsində baş verib.

20 yaşlı Əhmədov Elvin Raqif oğlu idarə etdiyi “VAZ-21099” markalı avtomobillə piyada 77 yaşlı Qarayeva Elza Əli qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

01.12.2023 15:40
990