Ağdaş sakinini cərəyan vurub öldürdü

Ağdaş sakinini elektrik cərəyanı vurub.

Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə Nehrəxəlil kəndində qeydə alınıb.

1978-ci il təvəllüdlü Taryel Hüseynov özünə məxsus traktorun üzərində qaynaq cihazı ilə təmir işi görən zaman onu elektrik cərəyanı vurub.

Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

23.07.2022 16:50
369