Ağdamda arvadını qətlə yetirən şəxs tutulub

Dekabrın 21-i saat 03 radələrində Ağdam rayonunun Təzəkənd qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Sahib İbadovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Tünzalə İbadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sahib İbadov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

 

21.12.2022 09:15
669