Ağdamda 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, tədbir zamanı işğaldan azad edilmiş Xaçındərbənd, Əlimədətli və Əliağalı kəndlərinin ərazisində yabanı halda bitən ümumilikdə 1 tondan artıq 3899 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

18.08.2024 10:26
447