Ağdam və Xocavənddəki mövqelərimiz atəşə tutuldu

Ağdam və Xocavənddə mövqelərimiz atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmıətindən Musavat.com-a bildirilib. Qeyd olunub ki, noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

25.11.2022 13:17
519