Ağdam və Xocalını əhatə edən məntəqədə səsvermə davam edir  

118 saylı Ağdam-Xocalı seçki dairəsinin 43 saylı seçki məntəqəsində səsvermə seçici fəallığı şəraitində davam edir.

Musavat.com-un adı çəkilən seçki məntəqəsindəki əməkdaşı xəbər verir ki, seçicilər bu seçki dairəsində 8 namizəd arasında seçim edirlər. 43 saylı məntəqə seçki komissiyasının sədri Nəsibə Hüseynova əməkdaşımıza bildirib ki, səsvermə səhər saat 8.00-da başlayıb.

Səhər saatlarında dah çox seçici axını müşahidə edilib. Hazırda səsvermə prosesi normal qaydada, heç bir mənfi hal yaşanmadan davam etməkdədir. Yeni Azərbaycan Partiyasının müşahidəçiləri və müstəqil yerli müşahidəçilər səsvermə prosesini izləyirlər. Müşahidəçilər də səsvermənin heç bir problem olmadan qanuna uyğun şəkildə seçici aktivliyi ilə davam etdiyini deyiblər. Səsvermə 19:00-a qədər davam edəcək.

Etibar Seyidağa,
Musavat.com

01.09.2024 14:33
292