Ağdam Sənaye Parkında rezidentlərin sayı 15-ə çatıb

Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 15-ə çatıb.

Musavat.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Tviter" hesabında bildirib.

Onun sözlərinə görə, yeni rezident "BAFCO İnvest" MMC-dir. Şirkət investisiya məbləği 10 milyon manat olan müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi yaradacaq və 120 nəfəri işlə təmin edəcək.

10.04.2023 13:36
740