Şəki rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Amil Əliyev Şəki rayonunun Cəfərabad kəndi ərazisində yerləşən fermanın yaxınlığında ov tüfəngi ilə özünə atəş açaraq canına qəsd edib.
Məlumata görə, Amil Əliyev Cəfərabad kəndi ərazisindəki həmin fermada mal-qara saxlayıb.
Faktla bağlı araşdırma aparılır.