Zərdab sakinləri olan ata və qızı Kür çayında batıblar. Hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Baku TV hadisə yerindən görüntüləri təqdim edib.
Həmin yerə gələn ana övladı üçün fəryad edərək onun tapılmasını istəyib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar.
Məlumata görə, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü qız və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman azyaşlı suya yıxılıb. Atası qızını xilas etmək üçün onun ardınca suya tullanıb və o da batıb.