Ağcabədidə kişi özünü yandırıb.
APA xəbər verir ki, rayon sakini, 1971-ci il təvəllüdlü Yunus Məmmədov ötən gün rayon mərkəzində üzərinə yandırıcı maddə tökərək od vurub.
O, ərazidə xidmətdə olan polis əməkdaşlarının müdaxiləsi ilə xilas edilərək rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.