Ağcabədidə əl qumbarası partladı: Bir ailənin 5 üzvü öldü

Ağcabədidə əl qumbarası partlayıb ölən və yaralılar var.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Baş vermiş hadisə nəticəsi 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Musavat.com

31.01.2025 12:44
1537