Ağcabədidə DƏHŞƏT: Ölən və yaralananlar var - FOTO 

Ağcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

32-BE-883 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı minik avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Lada Priora" işıq dirəyinə çırpılıb. Qəza zamanı bir nəfər - Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov Orxan Salman oğlu həyatını itirib. Onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Məmmədov Emin Raquf oğlu və digər iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

AGCA.jpg (180 KB)

30.09.2023 22:25
1737