Ağcabədidə 5 otaqlı ev yanıb

Ağcabədi rayonunda güclü yanğın baş verib.

Musavat.com "Report"a istinadən xəbər verir ki, rayonun Aran kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

17.07.2022 15:57
250