Ağcabədidə 40 yaşlı kişini ildırım vuraraq ÖLDÜRDÜ

Ağcabədi sakinini ildırım vuraraq öldürüb.

Hadisə rayonun Gələbədin kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü Samir Əkbərov özünə məxsus torpaq sahəsində təsərrüfat işləri görərkən ildırım vurması nəticəsində ölüb.

Araşdırma aparılır.//APA

26.09.2023 09:28
628