Ağcabədidə 3 otaqlı evdə yanğın olub

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 195 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları 52 m² sahədə və dam örtüyü yanıb.

Musavat.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

27.10.2022 22:02
691