Ağamirzəyə baş daşı hazırlandı

Meyxanaçı Ağamirzə Məmmədov "Xəzər axşamı" verilişində qonaq olub.

Metbuat.az xəbər verir ki, meyxana ifaçısı vəsiyyətini açıqlayıb:

"Hər gün gedib məzarıma baxıram, öz-özümə deyirəm ki, unutma, günlərin bir günü burada çürüyəcəksən, tək-tənha qalacaqsan. Mənim üçün bir özüm, bir də Allahım var. O mənə kömək edəcək. Kiminsə yanından ölümdə danışa bilmirsən, qorxurlar. Deyirlər, bəd ağzını açma. Elə bil onlar milyon il yaşayacaqlar.

Özüm üçün baş daşı hazırlatmamışam. Evdə də tapşırmışam ki, mənə mərmər lazım deyil. Dəfn etdiz, adım, soyadım, heç şəklim də lazım deyil. Mən ürəklərdə yaşamaq istəyirəm, daşlarda yox. İndiki meyxanaçıların qədrini bilin".

08.07.2023 07:35
2332