Ağamirzənın qızı Amerikada ailə qurdu - VİDEO

Meyxanaçı Ağamirzə Məmmədovun qızı Amerikada ailə qurub.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, meyxanaçı bu barədə "Qonaqcanlı" verilişində deyib. O, övladının bu ilin iyununda Amerikada ailə qurduğunu söyləyib. İfaçı qızının özəl günündə iştirak edə bilməyib:

"Oğlan, Mehdi Amerikada işləyirdi. Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Təzə, bu il getmişdi. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. İyunun 8-də toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. El adəti ilə orada toy olub. Elariz (Amerikaya köçən müğənni Elariz Məmmədoğlu - red.) də toyu idarə edib". 

Axşam.az-ın məlumatına görə, həmçinin, Ağamirzə baba olub. Onun böyük qızının övladı dünyaya gəlib.

 

20.06.2024 13:49
2142