Ağalıda mina təhlükəsizliyi ilə bağlı təlim keçirilib - FOTO

Zəngilan rayonunun erməni işğalından azad olunan və azərbaycanlı məcburi köçkünlərin qayıtmağa başladığı Ağalı kəndində mina təhlükəsizliyi ilə bağlı təlim keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tvitterdə məlumat yayıb.

Təlim xüsusi nümayəndəliyin təşkilatçılığı ilə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən keçirilib.

12.09.2022 19:25
1287