"Dostlar demə, ürəyim ağrıyır. Çıxıb orada-burada danışırlar ki, belə getdik, elə gəldik, belə xəbər tutduq... Bunun 95 faizi yalandır. 4-5 uşaq var, xəbər tuturlar, yanına gəlirlər".
BAKU.WS xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə xəstə həmkarı Ağakərim barədə danışarkən deyib.
"Xəzər axşamı" proqramına qonaq olan meyxanaçı bəzi həmkarlarının özünü Ağakərimi ziyarət edirmiş kimi göstərmələrindən danışıb.
O həmin insanların yalan danışmasından şikayətlənib.
Xatırladaq ki, 2017-ci ilin martında meyxanaçı Ağakərimin beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb və uzun müddətdir ki yataq xəstəsidir.
Ətraflı videoda: