Xəbər veridyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev yaşadığı binanın həyətində, "Medera" klinikasının mühafizəçisi ilə əlbəyaxa olub.
Musavat.com bildirir ki, sözügedən hadisənin görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik.
Qeyd edək ki, xalq artisti bir neçə gün öncə qulağından əməliyyat olunub. Hadisə baş verən günü halı pisləşdiyi üçün klinikadan kömək istəyib.
Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın mühafizəçisinə müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.
Bu zaman Klinikanın mühafizəçisi ilə onun arasında mübahisə yaranıb. Nəticədə mühafizəçi Xalq artistinə əl qaldırıb, onu döyüb. Bildirilir ki, daha sonra Ağadadaş Ağayev evdən balta götürərək ona tərəf atıb.
Balta orada işləyən xadimənin ayağına dəyib.
Musavat.com