Ağadadaş Ağayevi yerə yıxıb, möhkəm döyüblər - İDDİA

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən ihadisənin bəzi təfərrüatı məlum olub.

Musavat.com xəbər verir ki. bu barədə jurnalist Məhəmmədəli Qəribli özünün facebook səhifəsində yazıb. 

Jurnalist qeyd edib ki, o, Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən hadisənin canlı şahidi olan adamla danışıb: 

"Hadisə belə olub: Ağadadaş Ağayev “Medera” adlı xəstəxananın lap yaxınlığında yaşayır. O, bir neçə gün əvvəl qulağından əməliyyat olunub. Həyətinin qapısını açıb “Medera” nın gözətçisinə deyib ki, oradan bir tibb bacısı çağır, gəlib mənim qulağıma baxsın. Gözətçi deyib ki, mən niyə çağırıram, get, özün çağır. Aralarında yaranan mübahisə davaya çevrilib. Qarovulçu Ağadadaşı yıxıb yerə və möhkəm döyüb. Hadisə şahidi deyir ki, onlar bir neçə adamla zorla Ağadadaşı mühafizəçinin əlindən ala biliblər. 

Sonra xalq artisti evdən baltanı götürüb və düşüb onu döyən mühafizəçinin ardına. Baltanı atanda başqa bir adama dəyib”. 

Qeyd edək ki, A.Ağayevin mühafizəçiyə tulladığı balta orada işləyən xanım Paşayevanın ayağına dəyib. 

23.07.2024 14:26
2578