Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev yaşadığı binanın həyətində, "Medera" klinikasının mühafizəçisi ilə əlbəyaxa dava edib, A.Ağayevin atdığı balta başqa bir şəxsi - xəstəxanada çalışan qadını yaralaması olayı səngimək bilmir.
Musava.com xəbər verir ki, dava olayından sonra Xalq artisti ilk məclisinə qatılıb deyə sosial şəbəkələrdə görüntülər yayılıb.
Paylaşımda qeyd edilib ki, müğənni insidentdən sonra ilk toy məclisinə qatılıb. Lakin qeyd edək ki, Məhərrəm ayında Azərbaycanda toy məclisləri keçirilmir. Bu da Ağadadaş Ağayevin həmin görüntülərinin köhnə olduğunu deməyə əsas verir.