Ağacanyan: Ermənistan hakimiyyəti tələyə düşüb

Ermənistan hakimiyyəti əvvəllər götürdükləri öhdəliklərə əsaslanan tələyə düşüb və bağışlanmaz cinayətlər törədib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzyünik Ağacanyan deyib.
Ağacanyana görə, Paşinyan Ermənistanın savaşda məğlubiyyətlərində onun düşmənləri ilə şərik olub və bu gün də Ermənistanın satılması prosesini davam etdirir.

Keçmiş səfirin fikrincə, rəsmi İrəvan Qərb proqramında iştirak müqabilində vəd edilənləri almayıb.

“Onlar özlərini Qərbdən asılı vəziyyətə salıblar. Hakimiyyət çirkli pulların yuyulması, korrupsiya və digər cinayətlər içində boğulur. Onlar bu asılılıqdan qurtula bilmirlər, ona görə də yalnız Qərbin onlara diktə etdiyi şeyi edə bilərlər”, - deyə Ağacanyan qeyd edib.

 

Musavat.com

05.07.2024 01:38
1187