Ağ Partiyanın namizədi ATƏT müşahidə missiyasının üzvləri ilə GÖRÜŞDÜ

Bu gün Ağ Partiyanın Milli Məclisə 6 saylı Ordubad-Culfa seçki dairəsindən və Naxçıvan MR Ali Məclisinə 40 saylı Saltaq seçki dairəsindən qeydə alınmış namizədi, Ağ Partiya İdarə Heyəti üzvü, başqan köməkçisi Mətləb Aslanov ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyasının üzvləri cənab Lars Tollemark və xanım Anja Bronny ilə onlayn görüş keçirib.

Musavat.com xəbər verir ki, görüşdə seçki kampaniyasının gedişi haqqında məlumat verilib və müşahidə missiyasının üzvlərini maraqlandıran bir sıra suallar cavablandırılıb.

Eyni zamanda ATƏT nümayəndələri xüsusi ilə Naxçıvan Ali Məclisində keçiriləcək seçkilər ilə maraqlanıblar və onların nəzərlərinə çatdırılıb ki, Naxçıvan Ali Məclisində keçiriləcək seçkilərdə Mətləb Aslanov müxalifəti təmsil edən 2 namizəddən biridir.

ATƏT nümayəndələri qeyd olunan dairələrə xüsusi diqqət ayıracağlarını bildiriblər.

Sonda Ağ Partiyanın namizədi Mətləb Aslanov nümayəndə heyətinə göstərdikləri diqqətə görə təşəkkür edib.

Musavat.com

26.08.2024 18:05
519