AĞ Partiya parlament seçkilərinə start verdi - qərargah yaradıldı

Aprelin 6-da AĞ Partiya İdarə Heyətinin iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclasda partiyanın Seçki Qərargahının yaradılması məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra AĞ Partiya Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.

Qərargahın rəhbəri kimi başqan müavini Kamran Məmmədli təsdiq edilib.

Seçki Qərargahının formalaşdırılması və iş planının tərtib olunması yeni təyin olunmuş sədrə həvalə olunub.

Musavat.com

06.04.2024 15:42
1282