Ağ Ev administrasiyası Harvard Universitetində antisemitizmlə mübarizəyə yönəlmiş araşdırmaya başlayıb ki, bu da institut üçün 9 milyard dollara qədər federal maliyyənin dondurulması ilə nəticələnə bilər.
Musavat.com xəbər verir ki, məlumatı “Financial Times” yayıb.
ABŞ təhsil naziri Linda MakMen bildirib ki, "Harvard universitet şəhərciyində tələbələri antisemit ayrı-seçkilikdən qoruya bilməməsi, eyni zamanda, sərbəst araşdırmalar əvəzinə bölücü ideologiyaları təbliğ etməsilə öz reputasiyasını ciddi risk altına qoyub".
Bildirilir ki, universitetə artıq imzalanmış olan 256 milyon dollarlıq müqavilələr və 8,7 milyard dollarlıq çoxillik qrant öhdəlikləri risk altındadır.
Xatırladaq ki, bir müddət əvvəl Tramp və Respublikaçılar Partiyası Amerika ali təhsil müəssisələrinin nümayəndələrinə qarşı aktiv tədbirlərə başlayıb, onları xüsusən də antisemitizmi yaymaqda ittiham ediblər.
Harvard artıq bu cür ittihamların qarşısını almaq üçün addımlar atıb. Belə ki, universitet antisemitizm təzahürləri ilə mübarizə aparmaq üçün işçi qrup yaradıb. Lakin vəziyyət həll olunmaqdan çox uzaqdır. Xatırladaq ki, Tramp administrasiyası bu yaxınlarda Kolumbiya Universitetində federal qrantların və müqavilələrin auditinə başlayıb. Bu addıma səbəb kimi Fələstinə görə etirazlar zamanı qeydə alınan antisemitizm halları göstərilib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, etirazlar səbəbindən kollec, məktəb və universitetlərə federal maliyyə dayandırıla bilər. Üstəlik, təşviqatçılar həbs oluna, əgər əcnəbidirsə, gəldikləri ölkələrə göndərilə bilərlər.
Musavat.com