Ağ Evdə qalmaqal: "Associated Press" Trampa görə məhkəməyə müraciət etdi

ABŞ-ın tanınmış xəbər agentliyi "Associated Press" (AP) Ağ Ev rəsmilərini məhkəməyə verib.

Musavat.com xəbər verir ki, Vaşinqton Kolumbiya dairəsi məhkəməsinə təqdim olunan iddiada AP, Ağ Evin söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qeyri-konstitusion adlandırıb.

Agentlik xüsusilə Meksika körfəzinə "Amerika körfəzi" adının verilməsi tələbinə etiraz etdiyinə görə Trampa çıxışının məhdudlaşdırıldığını iddia edib.

Bu hadisə ABŞ mediasında böyük rezonans doğurub.

Musavat.com

22.02.2025 10:51
645