ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiya tətbiq edə biləcəyi açıqlanıb.
Musavat.com xəbər verir ki, Ağ Evin spikeri Kerrolayn Livitt "Fox News" efirində Trampın mövqeyinə aydınlıq gətirib.
Onun sözlərinə görə, Trampın danışıqlar üslubunun ən mühüm cəhətlərindən biri gələcək addımlarını əvvəlcədən açıq göstərməməsidir:
“Bu, aqressiv addımlar atmaq istəyi ilə bağlı deyil. Prezidentin lazım gəldikdə istifadə edə biləcəyi bir çox alət var, amma o, həmişə diplomatiya və danışıqları əsas yol kimi görüb. Ümid edirik ki, bu müharibəyə son qoyaq və məhz bunu o, sabah etməyə çalışacaq. Amma şübhəsiz ki, prezident lazım gələrsə sanksiyalar və digər tədbirləri tətbiq edə bilər. İstəyir, ya yox – bu, əsas deyil, hazırdır”.
Livitt bildirib ki, diplomatiya və danışıqlar Tramp administrasiyasının əsas seçimi olaraq qalır və bu yanaşma Rusiya prezidentinin sabahkı şəxsi görüş tələbinə razılıq verməsinin səbəblərindən biridir.
Musavat.com