Ağ Ev məhkəmə qərarına baxmayaraq, ticarət danışıqlarını davam etdirir

Donald Tramp administrasiyası ticarət tərəfdaşları ilə danışıqları davam etdirir. Musavat.com xəbər verir ki, bunu ABŞ Ticarət Nümayəndəsi Jamison Greer Fox News-a müsahibəsində deyib. Onun sözlərinə görə, məhkəmənin tariflərə dair qərarına baxmayaraq, Ağ Ev yeni sövdələşmələr bağlamağa ümid edir.

Qeyd edək ki, ABŞ-ın Kolumbiya Dairəsi üzrə Apellyasiya Məhkəməsi avqustun 29-da qərar verib ki, Tramp hazırda qüvvədə olan bir çox tarifləri tətbiq etmək səlahiyyətinə malik deyil.

Greer məhkəmənin qərarının doğru olmadığını bildirir: "Xeyr, bu, tamamilə yanlışdır. Ticarət tərəfdaşlarımız danışıqlarda bizimlə çox sıx işləyirlər”.

Greer əlavə edib ki, Tramp administrasiyası məhkəmənin qərarını ticarət siyasətini həyata keçirməkdə “geriləmədən başqa bir şey” hesab etmir: “Əlbəttə ki, biz buna ciddi yanaşırıq, lakin biz bu tariflərin qanuniliyinə və zəruriliyinə inanırıq”.

Məhkəmənin qərarı ABŞ-ın bir sıra ölkələrə tətbiq etdiyi tariflərə təsir edib. Vaşinqton bu tədbirləri cavab tədbirləri adlandırıb. Apellyasiya Məhkəməsinin qərarı Trampın fevral ayında Çin, Kanada və Meksikaya tətbiq etdiyi tariflərə də aiddir. Məhkəmənin qərarına görə, tariflər ən azı oktyabrın 14-nə qədər qüvvədə qalacaq, bu da Vaşinqton administrasiyasına ABŞ Ali Məhkəməsinə şikayətini hazırlamaq üçün verilən möhlətdir.

Musavat.com

31.08.2025 21:56
218