ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett Birləşmiş Ştatların İsrail Müdafiə Ordusunun İrana qarşı həyata keçirdiyi hücumlarda iştirak etmədiyini açıqlayıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, o, bildirib:
“İsrail 1 oktyabr tarixində İrana qarşı atılan ballistik raket hücumuna cavab olaraq və özünü müdafiə məqsədilə İrandakı hərbi obyektlərə hədəfli zərbələr endirir. Bu əməliyyatlar barədə əlavə məlumat üçün sizləri İsrail hökumətinə müraciət etməyə dəvət edirik.”