"Ağ çiçəyim" mağazası qəsdən yandırılıb? SENSASİON İDDİA yayıldı...

Məlum olduğu kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" gül mağazası mayın 15-dən 16-na keçən gecə yanaraq kül oldu.

Rəsmi versiyalara görə, dəhşətli yanğına elektrik xətlərində nasazlıq səbəb olub.

@@TVmusavat/85718@@

Musavat.com xəbər verir ki, bu barədə Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Sosial mediada isə diqqəti cəlb edən qəsd versiyası yayılmaqdadır.

SCRIN.jpeg (70 KB)

Bu versiyanın mahiyyətini təşkil edən iddia bundan ibarətdir ki, "Ağ çiçəyim" mağazasının yerləşdiyi ərazidə yeni binaların tikilməsi planlaşdırılıbmış. Mağazanın yerləşdiyi ofisin sahibinə oranı satmaqla bağlı təkliflər edilib. Lakin o, bu təkliflərlə razılaşmayıb. Bu versiya sahibləri iddia edirlər ki, məhz bu səbəbdən də mağaza qəsdlə yandırılıb.

Musavat.com bu iddianı yaymaqla heç də onun doğru olduğunu dəstəkləmir. Sadəcə, paytaxtımızın mərkəzində baş verən bir ciddi hadisə ilə bağlı sosial mediaya sızan siqnal xarakterli məlumatı diqqət mərkəzinə gətirir.

İrəliləyən saatlarda bu mövzunu davam etdirəcəyik.

Musavat.com

16.05.2024 09:31
2119