Ağ bayraq qaldırıb TƏSLİM OLDULAR, Rusiyadan SENSASİYA: “Qərbdən bunu istəyirik!”

Ukrayna Silahlı Qüvvələri Kursk əməliyyatının ilk saatlarına dair maraqlı görüntülər yayıb.

Həmin görüntülərdə sərhəd məntəqəsinin dağıdılması və Rusiya hərbçilərinin ağ bayraq qaldıraraq, təslim olması əks olunur.

Qeyd olunur ki, təkcə bir məntəqədə 50-dən çox rusiyalı əsgər əsir götürülüb.

Rusiya Qərb dövlətləri ilə geosiyasi müharibə aparmaq niyyətində deyil.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Dmitri Biriçevski deyib.

“Biz sadəcə olaraq, təhlükəsizlik, suveren inkişafımız sahəsində maraqlarımızın nəzərə alınmasını və bizə hörmət olunmasını istəyirik. Vəssalam! Və biz bərabərhüquqlu tərəfdaşlar kimi danışıqları davam etdirəcəyik”, - Biriçevski bildirib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

16.08.2024 14:43
2484