Aftandil İsrafilov II Fəxri Xiyabanda dəfn olunacaq

Xalq artisti Aftandil İsrafilovun dəfn yeri dəyişib.

Mədəniyyət Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, o, II Fəxri xiyabanda dəfn ediləcək:

"Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov ilə 30 aprel tarixində saat 11:00-da Heydər Məscidində vida mərasimi keçiriləcək. Mərhum sabah saat 12:00-da II Fəxri xiyabanda dəfn olunacaq".

29.04.2023 23:45
521