Rusiyaya köçən müğənni Afət Fərmanqızı yaradıcılığı ilə bağlı Musavat.com-a danışıb.
Müğənni Rusiyadakı toy bazarından xeyli razı qaldığını deyib:
“Buradakı işim Azərbaycandakından xeyli əladır, vəziyyətimdən çox razıyam. Rusiyada müğənniyə çox yüksək səviyyədə qiymət verilir. Burada hər kəs böyük-kiçik yerini bilir. Bilsəydim, Rusiyaya çoxdan köçərdim. Qonorara gəldikdə isə, Azərbaycandakı üç toyun qiymətini burada bir toydan götürmək olur”.
Xalidə Gəray
Musavat.com