Müğənni Afət Fərmanqızı saxlanılıb.
Lent.az-ın verdiyi xəbərə görə, Afət Fərmanqızı bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polis tərəfindən saxlanılaraq aidiyyəti üzrə məhkəməyə təhvil verilib.
Müğənni Afət Fərmanqızı isə Instagram hesabında saxlanılması barədə xəbərləri təkzib edib.
***
Axtarışda olan müğənni Afət Fərmanqızı Azərbaycana qayıdır.
Lent.az-ın məlumatına görə, müğənni bu barədə sosial səbəkə hesabında video paylaşıb.
Videoda Ail Məhkəmənin sədri İnam Kərimova muraciət edən Afət Fərmanqızı ondan barəsindəki məhkəmə qərarına yenidən və ədalətli baxılmasını xahiş edib.
Qeyd edek ki, bir neçə il əvvəl Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verib.
Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün onun barəsində axtarış elan olunub.
Afət Fərmanqızı Rusiya olurdu.