Aeroport yolunda QƏZA oldu

Bakıda yol-nəqliyyat hadisəsi avtomobillərin hərəkətində sıxlığın yaranmasına səbəb olub.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşları tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

13.07.2025 12:45
808