ADY son 7 gündə 3 mindən çox COP29 iştirakçısını ödənişsiz daşıyıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) son 7 gün ərzində COP29-da akkreditasiyadan keçmiş 3 000-dən çox sərnişin daşıyıb.

Musavat.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Xatırladaq ki, COP29 iştirakçıları Abşeron dairəvi dəmir yolundan (Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarından) ödənişsiz istifadə edir.

15.11.2024 20:10
158