Nasist Almaniyası bəşər tarixində ən gizli təcrübələr həyata keçirən ölkələrdən biridir.
Etdikləri və ya etməyə çalışdıqları ilə həmişə dünyanı fəth etməyi hədəfləyən Nasist Almaniyası İkinci Dünya Müharibəsində açdığı dərin yaranı fövqəlbəşəri texnologiya və inkişaflarla sağaltmağa çalışan bir ölkədir.
Sfera.az bu dəfə sizə Adolf Hitlerin beyninə girib, onu zəhərlədiyi deyilən gizli şahzadəsi haqqında yazı təqdim edir.
Nasistlər ölçü atlama, görünməzlik və ya zamanın dəyişməsi ilə bağlı çoxlu təcrübələr aparmış, maraqlı, həm də qeyri-adi məlumat və nəticələr əldə etməyə çalışmışdır.
"Bəs, onlar bunu ala bildilərmi?" soruşsanız, bu mövzuda əvvəlki yazılarda çox məlumatlar təqdim etmişdik: Əsir düşərgələrindəki, əqli qüsurlu, qaradərili insanlar, əlil uşaqlar və dilsiz heyvanlar üzərindəki təcrübələr...
Bunlardan başqa Nasist Almaniyasında okkultizm və mistisizm terminləri tarix boyu tez-tez bir araya gəlib.
Bu terminlərin istifadə edildiyi yerlərdə həmişə yalnız bir təşkilat qeyd edilmişdir, o da “Thule”.
“Thule” təşkilatı və nasist texnologiyası, nasistlərin maraqlı tədqiqat aspektləri və nasist alimlərinin maraqları həmişə dumanll pərdə altında qalıb.
Bütün bu dumanlı pərdələr səbəbindən bir çox fərziyyələr yaranıb. Bu fərziyyələr nasistlərin atom bombası hazırlamaq cəhdlərindən tutmuş cazibə əleyhinə uçan disk texnologiyalarına və zamanda səyahət araşdırmalarına qədər bir çox mövzuları əhatə edir.
Bunların nə dərəcədə real, nə qədərinin doğru olduğunu bilmək və ya bu mövzuda dəqiq fikir bildirmək çox çətindir və demək olar ki, mümkün deyil.
Tarixə rəsmi və elmi dillə baxanda bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil.
Elmi faktlara gözümüzü yumduğumuz zaman bu cəfəngiyyatın kənarında təbii ki, Adolf Hitleri bir ad olaraq görürük.
Hitlerin özünün gördüyü, lakin ətrafındakıların görmədiyi bir çox varlıqlar haqqında danışdığı qeyd edilir. Bu səbəbdən hətta onun şizofreniya xəstəsi olduğundan şübhələnirdilər. Onun natiqliyi və kütləyə təsir etmək bacarığı bir çoxları tərəfindən parapsixik qabiliyyət kimi qəbul edilir.
Hitlerin “Thule” təşkilatına marağının səbəbi məhz bu qabiliyyətlər olduğu deyilir.
Əslində, Hitlerin Hitler olmasında “Thule” təşkilatının üzvü olan orta yaşlı Maria Orsitschin böyük rolu olduğu deyilir.
Bəs, Maria Orsitsch kimdir?
Maria Orsitsch Vril ordeninin rahibəsi, 31 oktyabr 1895-ci ildə Xorvatiyada anadan olub.
“Hitlerin Qaranlıq Şahzadəsi” olaraq da tanınan Orsitsch dəfələrlə nasist liderinin və elm adamlarının iştirak etdiyi görüşlərə qatılıb.
İddialara görə, bu görüşlərdə naməlum dildə yazılmış mətnləri oxuyur, texnoloji məlumatlar verirdi.
Onun bir çox mövzuda fikirləri ilə Adolf Hitlerə təsir etdiyi və təkamül ilə bağlı azğın fikirlərini də aşıladığı iddia edilir.
Gözəlliyi ilə diqqət çəkən bu Vril rahibəsi Hitler də daxil olmaqla, nasistlərin ən yüksək rütbəli simaları üçün rituallar keçirərək, onların saf bir irq kimi qəbul etdikləri Ari irqi ideyasını tətbiq edirdi.
Müharibə boyu Hitlerə və ətrafındakılara təsirini davam etdirən Orsitsch 1945-ci ilin aprelindən sonra bir daha görünməyib.
Amma təbii ki, onunla bağlı iddialar bitməyib.
İddiaya görə, Orsitsch Hitlerə Berlindən qaçmağa kömək edib və onlar birlikdə Argentinaya qaçıblar.
7 iyun 1945-ci il tarixli “New York Times” qəzetində dərc olunan xəbər iddialar üzərində bir daha düşündürməyə kifayət edir:
“Uçan boşqablar gizli silahdır. Almanlar tərəfindən istehsal edilmiş və ölkənin qərb sərhədində yaranmışdır. Amerika Hərbi Hava Qüvvələrinin verdiyi məlumata görə, Almaniya səmasında gümüş şarların uçduğu görünüb. Bəziləri demək olar ki, şəffadır”
Bu sirli qadının həyatını araşdıranlarln dediyinə görə, Mariya gizli şeylərə həvəsli olub və guya uşaqlıqdan ruhlarla ünsiyyətdə olub. Atası Zaqreb memarı, anası isə avstriyalı idi. Gənc bir qız kimi o, Almaniya və Avstriyanın birləşməsini müdafiə edən alman millətçilərinin dərnəklərinə qoşulub.
Bütün dəlillərə və faktlara baxmayaraq, onu "Şər ilahəsi" adlandırırlar. Hitlerin formalaşmasında əsas rol oynadığına inanılır.
1919-cu ildə, sonradan Hitlerin iqamətgahına çevriləcək Alp daxmasında, fikirləri, düşüncələri və hərəkətləri nasist rejiminin təməllərinə köklənmiş “Thule” Cəmiyyətinin lideri Haushofer iki gənc qadını Hitlerə təqdim edib. Biri çox sakit idi və 18 yaşı az idi və nədənsə onun kimliyi daim gizli qalıb. O, özünü “Zigrun” kimi təqdim edib. Digər qadın isə məhz Marija Orsic idi.
Gözəl olmaqla yanaşı, hər ikisinin saçları uzun idi. Mariyanın mavi gözləri və deyilənlərə görə yerə çatan saçları var idi. Guya o, uzun saçlarının başqa ölçülərə “antenna” rolunu oynadığını düşünürdü. Gizli dairələrdə məşhur olduğunu iddia edən Marija Albaderan sistemində Alpha Centauri üzərində yaşayan Aryan yadplanetliləri ilə əlaqə saxlayıb.
Onların bəzi ünsiyyətləri tampliyer və şumer əlifbalarının “trans” vəziyyətində əlyazma mətni şəklində idi. Bu iddialarla şok nəticələr və təlimatlar gəldi; cazibə əleyhinə bir təyyarənin necə qurulması. Marija yazıların sivilizasiyanın Albaderana hədiyyəsi olduğunu və vril adlı enerjinin köməyi ilə maşının işlədiyini izah edib.
Bu maşının qabiliyyətlərindən biri zamanda səyahət etmək idi.
Marijanın Nikola Tesla ilə yazışdığı da məlum olub. Nikola Tesla və maraq və kəşfiyyatı UFO-lar və yadplanetlilərin ünsiyyəti ilə birləşdiri .
Üçüncü Reyx, Mariyadan Albaderan sisteminin sakinlərinin köməyi ilə Yer kürəsinin əhalisini təmizləməsini və Ari irqini Yer üzündə qəti şəkildə taxt-taca çıxaracağını gözləyirdi. Onlar Marijanın iddiasına inanıb və maşının yaradılması layihəsinə maliyyə dəstəyi verməyə qərar veriblər.
Albaderana işıq sürəti ilə uça bilən VRIL 7 adlı böyük nəqliyyat təyyarəsinin göndərilməsi planlaşdırılırdı. Təcrübə 1944-cü ilin sonunda aparılıb və demək olar ki, fəlakətlə başa çatıb. Çünki qısa bir uçuşdan sonra VRIL 7 raketi bir çox yerdə zədələnib və sanki yüz illərdir istifadə olunmuş kimi görünüb.
Mariya Orsikin son "zəngi" 1945-ci il martın 11-də olub, bundan sonra o, yoxa çıxıb. "Vril Gesellschaft" sənədi (Mariya Orsiçdən məktub) bütün üzvlərə göndərilib.
Məktub belə bitir: "Niemand bleibt hier" (Heç kim burada qalmır).
1945-ci ildə Mariyanın artıq 50 yaşı var idi.
İddialardan biri də amerikalıların onu gizli əməliyyatlar üçün aparması və orada zəngin bir adamla evlənərək qızı Jolanta Rafanı dünyaya gətirməsidir.
Bununla belə, belə nəticəyə gəlmək olar ki, Marija Orsiçin maraqlı həyat hekayəsi var və bu, çoxlu cavabsız suallar doğurur. Onunla bağlı yeganə real həqiqət isə fotolarıdır.
Qeyd edək ki, “Balkanların üzərində kölgələr” serialında isə Mariya Orsiç haqqında qismən məlumat verilib.