Adnan Oktarın qız gətirmə mövzusu seriala salındı

Türkiyədə Star TV-də yayımlanan "Ömer" və FOX TV-də yayımlanan "Bambaşka Biri" seriallarında Adnan Oktar cinayət təşkilatının qızları aldadaraq ələ keçirmələri əks olunub.

BAKU.WS "Haberler.com"a istinadən xəbər verir ki, hər iki serialda Oktarın komandasından olan kişilər ticarət mərkəzində bir qadına yaxınlaşaraq onu aldatmağa çalışması müzakirə olunacaq.

"Ömer" serialında qadınları aldatmağa çalışan "Atilla" obrazını aktyor Bora Cengiz canlandırıb.

Qeyd edək ki, "Kedicik" sənədli filmi ilə yenidən gündəmə gələn qız gətirmə komandası seriallara mövzu olub.

27.10.2023 23:03
967